Ukrayna 2021-ci ilin yanvar-oktyabr aylarında neft və neft xammalı idxalını 2020-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 9,6% - 1,155 milyon tonadək artırıb.
Ukrayna Dövlət Gömrük Xidmətinin məlumatına görə, $583,566 milyon məbləğində xammal idxal olunub ki, bu da bir il əvvəllə müqayisədə 1,7 dəfə çoxdur. Həmçinin, Azərbaycandan $390,435 milyon, Əlcəzairdən - $100,146 milyon, Liviyadan - $92,303 milyon, digər ölkələrdən - $0,682 milyon dəyərində neft idxal edilib. **
R.Əhmədov