Azərbaycan istehsalçıları hər ay Stavropol diyarına 500 ton tibbi oksigenidxal edəcəklər, ilk partiya 110 ton təşkil edəcək. Bu barədə Stavropol diyarının qubernatoru Vladimir Vladimirov məlumat verib.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, bu gün Stavropol diyarında maye tibbi oksigenə tələbat yüksəkdir.
Vladimirov İnstrangram səhifəsində qeyd edib ki, hazırda Azərbaycanda maye tibbi oksigenin idxalı ilə əlaqədar müqavilələrin rəsmiləşdirilməsi aparılır. “Planlarımıza əsasən, bir ay ərzində Stavropol diyarı Cənubi Qafqaz respublikasından 500 tonadək tibbi oksigenəldə edəcək. Bu, bir çox həmyerlimizin həyatını xilas etməyə və sğlamlığını müdafiə etməyə yardım edəcək. Artıq bu yaxınlarda 110 ton həcmində ilk partiyanı gözləyirik, bu partiya dəmir yolu ilə göndəriləcək”, - qubernator yazıb. **
R.Əhmədov