Şuşa şəhəri Azərbaycanın turizm incilərindən birinə çevriləcək. Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov belə hesab edir.
“Şuşa şəhəri Azərbaycanın turizm incilərindən birinə çevriləcək, çünki prezident İlham Əliyevin azad edilmiş ərazilərin bərpası üzrə planlarının həyata keçəcəyinə dair heç bir şübhə yoxdur”, - Markov şənbə günü Şuşada “Cənubi Qafqazda sülhün möhkəmlənməsi problemləri” adlı konfransda bildirib.
“Şuşa öz vətəninə - Azərbaycana qayıdıb və biz buna çox sevinirik”, - o vurğulayıb. **
A.Əzizov