Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin dövlət sərhədində vəziyyəti gərginləşdirməyə cəhd göstərməsi barədə bəyan edir.
“Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində vəziyyəti gərginləşdirmək məqsədilə Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti təxribata cəhd göstərib. Belə ki, noyabrın 14-ü səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bir qrup şəxsi heyətinin və texnikasının Laçın rayonunun sərhədi istiqamətində cəmləşdirilməsi, o cümlədən təxribata hazırlığı bölmələrimiz tərəfindən müşahidə edilib. Ermənilərin növbəti təxribatının qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri təxirəsalınmaz tədbirlər həyata keçirib. Əməliyyat şəraitinə uyğun olaraq Ordumuzun bölmələri tərəfindən əvvəlcədən müəyyən edilmiş plana əsasən zəruri fəaliyyətlər icra olunub. Nəticədə, qarşı tərəfin hərbi qulluqçuları ərazidən çəkilməyə məcbur edilib. Hazırda əməliyyat şəraiti nəzarətimiz altındadır”, - nazirliyin məlumatında deyilir. **
A.Salayeva