Azərbaycanda koronavirus infeksiyasına 2 min 422 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 560 min 833-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 2 min 001 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər (ötən gün 19 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 7 min 445 nəfərə çatıb.
Virusa yoluxmuş 522 min 431 nəfər (sutka ərzində +2 min 181) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 30 min 977 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 807 (ötən gün 13 min 099 test), hazırkı dövrədək isə ümumilikdə 5 milyon 360 min 316 test aparılıb.**
A.Salayeva