Pilitoloq Fuad Axundov bəyan edib ki, şənbə günü Şuşa şəhəri yaxınlığında törədilmiş terror aktının təsadüf olduğuna inanmır.
“Şuşa şəhəri yaxınlığında erməni terrorçunun Azərbaycan hərbçilərinin postuna qumbara atması faktını terror aktı kimi qiymətləndirirəm. Mən təsadüflərə inanmıram. Bir il ərzində heç bir terror aktı törədilməyib, sakitlik hökm sürüb. İndi isə Azərbaycanın Vətən müharibəsində qələbəsinin ildönümündə Şuşada konfrans təşkil olunur (“Cənubi Qafqazda sülhün möhkəmləndirilməsi problemləri” - İF) və bu barədə hər kəs xəbərdardır, Rusiyanın böyük nümayəndə heyəti həmin postdan keçir. Həm də, 2020-ci ilin payızında 44 gün ərzində informasiya məkanında Ermənistana qarşı mübarizə aparan, Azərbaycanın mövqeyini müdafiə edən dostlardan ibarət nümayəndə heyəti. Bu cür təsadüflər olmur – nümayəndə heyəti buradan keçmədən bir qədər öncə həmin yerdə terror aktı törədilir”, - Axundov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, konfrans zamanı Ermənistan tərəfi həmçinin haker hücumu törədib, lakin Azərbaycan mütəxəssisləri tərəfindən bunun qarşısı alınıb.
Qarabağ və Şərqi Zəngəzurda hazırki vəziyyətə toxunaraq Axundov qeyd edib ki, hazırda Azərbaycan hökuməti azad edilmiş ərazilərin bərpası, o cümlədən həmin torpaqların minalardan təmizlənmısi ilə fəal məşğuldur.
“Təsəvvür edin ki, Azərbaycan Livanın və ya dörd Lüksemburq ərazisinə bərabər olan, ermənilərin kərpicədək dağıltdığı ərazini bərpa etməlidir”, - Axundov bildirib.
Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurun işğalı dövründə ermənilər 67 məsciddən 63 məscidi dağıdıblar, qəbirlərin 70%-ni təhqir ediblər.
“Bütün bu əraziləri biz bərpa etməliyik, paralel olaraq minalardan təmizlənmə prosesi aparılır”, - Axundov vurğulayıb.
Politoloq əlavə edib ki, Ermənistan məqsədyönlü şəkildə regionda Azərbaycan irsini məhv edib. “Bu əvvəlcə Ermənistanda baş verib, orada Azərbaycan irsi tam məhv edilib, Azərbaycan toponimləri tam dəyişdirilib, Azərbaycan əhalisi tamamilə qovulub. Daha sonra Ermənistan Qarabağda analoji hərəkətlərə başladı”, - o deyib.
Axundov qeyd edib ki, münaqişə sona çatıb və “Azərbaycan gələcəyə - 20-si əsrə, daha dəqiq desək, 15-ci əsrə deyil, 21-ci və hətta 22-ci əsrə baxmaq istəyir”. “Bu cür terror aktları isə hətta ötən əsr deyil, tam orta əsrlikdir. Azərbaycan isə gələcəyə baxır və Ermənistanda gələcəyə baxan qüvvələrlə dostluq edəcək”, - politoloq əlavə edib. **
A.Əzizov