Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədində gərginliyin artmasından narahatdır, hərtərəfli həll üzrə fəaliyyətə başlamağa çağırır. Bu barədə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar bəyan edib.
“Bu həftə Ermənistanla Azərbaycan arasında gərginlikdən narahatam. Riskləri və səbəbləri aradan qaldırmaq, hərtərəfli həllə nail olmaq üçün fəaliyyətə başlamaq lazımdır”, - Klaar Twtter hesabında yazıb.
Azərbaycan Müdafiə Nazirliyi cari həftə Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər və Laçın rayonları istiqamətlərində bir neçə dəfə təxribar törətdikləri barədə məlumat verib. Azərbaycan hərbçiləri tərəfindən bütün bu cəhdlərin qarşısı alınıb. Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın hərbi-siyasi rəhbərliyini sərhəddə vəziyyəti gərginləşdirməkdə ittiham edib. **
N.Abbasova