David Tsiklauri “AccessBank”ın İdarə Heyətinin sədri təyin edilib.
“Maliyyə sektorunda 15 ildən artıq təcrübəyə malik David Tsiklauri “AccessBank”ın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib”, - deyə bankın məlumatında bildirilir.
Bu post 2021-ci ilin yanvar ayından boş qalmışdı.
David Tsiklauri “AccessBank”a təyin olunmazdan əvvəl HamkorBank və Kompanion Bank-da qeyri-icraçı direktor vəzifəsində işləyib, həmçinin Gürcüstanın Pensiya Fondunun İnvestisiya Şurasının üzvü olub.
O, 2014-2019-cu illərdə Gürcüstanın ən böyük maliyyə institutlarında - Bank of Georgia-dabaş maliyyə inzibatçısı vəTBC Bank-da İdarə Heyəti sədrinin müavini kimi rəhbər vəzifələrdə çalışıb.
Bundan öncə isə Tsiklauri Deutsche Bank-ın London ofisində müxtəlif vəzifələrdə işləyib.
David Tsiklauri London Biznes Məktəbindən MBA dərəcəsinə malikdir.
“AccessBank” Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və aktivlərinin həcminə görə respublikanın aparıcı banklarının onluğuna daxildir. Bankın bütün səhmdarları xarici banklar və maliyyə institutlarıdır: Asiya İnkişaf Bankı (19,89%), Avropa İnvestisiya Bankı (17,39%), Beynəlxalq Maliyyə Korporasiyası (16,56%), responsAbility SICAV (Lux) (2,91%), responsAbility Management Company S.A. (7,11%), Hollandiya İnkişaf Bankı (9,41%), Avstriya İnkişaf Bankı (9,17%), SIFEM AG (8,89%), EFSE (2,78%), Symbiotics SICAV (2,27%), GGF (1,77%), LFS Advisory (1,27%) və Qara Dəniz Ticarət və İnkişaf Bankı (0,58%).*
R.Əhmədov