Azərbaycanın valyuta ehtiyatları $52 milyardı ötür. Bunu bu gün Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Hazırda Azərbaycanın valyuta ehtiyatları $52 milyardı ötür. 2021-ci ilin sonuna valyuta ehtiyatlarının ÜDM-in 108%-ni təşkil edəcəyi proqnozlaşdırılır”, - deyə o bildirib.
Nazir qeyd edib ki, hökumətin proqnozlarına görə, bu ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatları xarici borcu 6 dəfədən çox üstələyəcək.*
B.Rüstəmbəyov