Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tikilməkdə olan Sumqayıt yeni “ASAN xidmət” mərkəzinin informasiya texnologiyaları (kompüter və digər texniki avadanlıqlar) avadanlıqlarının satın alınmasına “Itsol” MMC-ni cəlb edib.
“İnterfaks-Azərbaycan” agentliyinin www.tender.gov.az saytına istinadən verdiyi məlumata görə, ASAN şirkətlə 1 milyon 977,013 min manat məbləğində müqavilə bağlayıb.*
X.Nəsirzadə