Azərbaycan yaxın zamanda Türkiyədə Ticarət Nümayəndəliyi açacaq. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev məlumat verib.
“Yaxın zamanda Türkiyədə Azərbaycanın Ticarət Nümayəndəliyi açılacaq”, - deyə Y.Abdullayev bu gün Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda bildirib.
Onun sözlərinə görə, Ticarət Nümayəndəliyi İstanbulda fəaliyyət göstərəcək.*
B.Rüstəmbəyov