Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bu gün İstanbulda Türkiyə xarici işlər nazirinin müavini Sedat Önalla görüşüb.
“Tərəflər Cənubi Qafqazda və Mərkəzi Asiyada Rusiya-Türkiyə əməkdaşlığı ilə bağlı aktual məsələləri müzakirə ediblər”, - deyə Rusiya XİN-in mətbuat xidmətinin məlumatında bildirilir.
Rudenko və Önal Bakı-İrəvan münasibətlərinin normallaşması kontekstində Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli sazişlərin ardıcıl şəkildə reallaşdırılmasının vacibliyini qeyd ediblər.
“Cənubi Qafqaz üçün “3+3” regional məşvərət mexanizminin (Azərbaycan, Ermənistan, Gürcüstan + Rusiya, Türkiyə, İran) yaxın zamanda işə salınmasının aktuallığı vurğulanıb”, - deyə məlumatda qeyd olunur.*
N.Abbasova