Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron telefon danışığı zamanı Qarabağ mövzusunu müzakirə ediblər. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Putinin qeyd etdiyi kimi, Rusiya bundan sonra da vəziyyətin sabitləşməsinə və RF-nin vasitəçiliyi ilə əldə edilmiş üçtərəfli razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsinə töhfə verən addımlar atacaq”, - deyə məlumatda bildirilir.*