Xarici işlər naziri Ceyhun Bayramov Brüsselə səfəri çərçivəsində Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi ilə görüşüb.
“Görüşdə tərəflər Azərbaycan və Aİ ikitərəfli əlaqələrinin hazırkı durumu və gələcək inkişaf perspektivləri, əsas prioritet məsələləri, həmçinin Şərq Tərəfdaşlığının qarşıdan gələn zirvə görüşünə hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar”, - deyə Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.
Öz növbəsində, Varhelyi Twitter hesabında yazıb ki, Bayramovla Cənub Qaz Dəhlizi (CQD) layihəsinin gələcək inkişafını müzakirə edib.
“Bu gün Cənub Qaz Dəhlizinin mümkün genişləndirilməsini, Şərq Tərəfdaşlığı çərçivəsində iqtisadi və investisiya planının potensialını, habelə regional vəziyyəti müzakirə etmək üçün Ceyhun Bayramovla görüşdüm", - deyə o yazıb.*
N.Abbasova