2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 28 milyon 779,8 min ton neft (qaz-kondensatla birlikdə) hasil edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 0,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bundan əlavə, 28 milyon 727,7 min ton əmtəəlik neft (kondensatla birlikdə) hasil edilib. Azalma 0,1% təşkil edib.
Hesabat dövründə Azərbaycanda 35 milyard 753,1 milyon kubmetr qaz (artım 17%), 26 milyard 427,9 milyon kubmetr əmtəəlik qaz (artım 22%) hasil edilib.
2020-ci ildə Azərbaycanda 34 milyon 585,4 min ton neft (qaz-kondensatla birlikdə), 36 milyard 713,3 milyon kubmetr qaz hasil edilib.*
N.Abbasova