Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.
“Görüşdə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət diqqət mərkəzində olub. Bu kontekstdə tərəflər Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası prosesinin tezliklə başlamasının vacibliyini vurğulayıblar”, - deyə Təhlükəsizlik Şurasının mətbuat xidmətindən bildiriblər.
Kopırkin və Qriqoryan, həmçinin regionda nəqliyyat kommunikasiyalarının açılması məsələsini də müzakirə ediblər.*