Rusiya prezidenti Vladimir Putin ilə İran prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Beynəlxalq gündəlikdə duran aktual məsələlər müzakirə edilib.
Xüsusilə Qarabağ ətrafındakı vəziyyətə toxunulub. “Putin atəşkəsin təmin edilməsi, təsərrüfat və nəqliyyat əlaqələrinin açılması, regionda dinc həyatın qurulması istiqamətində Rusiya tərəfinin həyata keçirdiyi tədbirlər barədə məlumat verib”, - deyə məlumatda bildirilir.*