Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərgin olaraq qalır, vəziyyət Silahlı Qüvvələrimizin nəzarəti altındadır. Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, düşmənin təxribatı iflasa uğrayıb.
“Erməni hərbçilər döyüş postlarımıza hücum edib, nəticədə iki hərbçimiz yaralanıb. Lakin Ermənistanın hərbi təxribatı iflasa uğrayıb. Azərbaycan hərbçiləri adekvat tədbirlər görərək təxribatın qarşısını alıblar. Erməni hərbçilər tərksilah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib”, - deyə A.Eyvazov bildirib.*
B.Rüstəmbəyov