Azərbaycanda koronavirus infeksiyasına 2 min 15 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 563 min 940-a çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 1 min 72 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər (ötən gün 26 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 7 min 502 nəfərə çatıb.
Virusa yoluxmuş 525 min 838 nəfər (sutka ərzində +2 min 178) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 30 min 600 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 min 35 (ötən gün 6 min 803 test), hazırkı dövrədək isə ümumilikdə 5 milyon 380154 test aparılıb.*
E.Şəfiyev