Ermənistan Müdafiə Nazirliyi Azərbaycanla sərhəddə gedən döyüşlər nəticəsində ölən və yaralananların olduğunu bildirir.
“Saat 16:00-a olan vəziyyətə görə, Azərbaycanla sərhəd xəttinin şərq hissəsində vəziyyət son dərəcə gərgin olaraq qalır. (...) Ermənistan tərəfindən ölən və yaralananlar var, onlar haqqında məlumatlar dəqiqləşdirilir. Həmçinin Ermənistan tərəfinin iki döyüş mövqeyini itirməsi məlumdur”, - deyə nazirliyin mətbuat xidmətindən bildiriblər.
“İntensiv döyüşlər davam edir”, - deyə nazirlikdən qeyd ediblər.*