Azərbaycanla sərhəddə gedən döyüşlər nəticəsində 15-ə yaxın erməni hərbçi həlak olub. Bu barədə Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Eduard Ağacanyan məlumat verib.
“Təsdiqlənməmiş məlumatlara görə, Ermənistan silahlı qüvvələrinin 15 hərbçisi həlak olub”, - deyə Ağacanyan “Azadlıq” radiostansiyasının efirində bildirib.*