Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqu Azərbaycan-Ermənistan dövlət sərhədində yaranan vəziyyəti müzakirə ediblər. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.
Telefon danışığı əsnasında general-polkovnik Z.Həsənov iki ölkənin dövlət sərhədində Ermənistanın törətdiyi təxribatların qarşısının qətiyyətlə alındığını bildirib.
Ordu generalı S.Şoyqu hərbi əməliyyatların dayandırılması və vəziyyətin sabitləşdirilməsi üçün səylər göstərməyə hazırlığını ifadə edib.*
B.Rüstəmbəyov