Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) katibliyinə bölgədə gərgin vəziyyətlə bağlı Ermənistan tərəfdən rəsmi olaraq müraciət daxil olmayıb. Bu barədə təşkilatın mətbuat xidmətindən məlumat verilib.
“KTMT sərhəddəki vəziyyəti diqqətlə izləyir. Rəsmi olaraq katibliyə Ermənistan tərəfdən heç bir müraciət daxil olmayıb. Hesab edirik ki, münaqişə yalnız sülh, siyasi və diplomatik yollarla həll edilməlidir”, - deyə məlumatda bildirilir.*