Azərbaycan 2021-ci ilin yanvar-sentyabr aylarında 21 milyon 42 min ton neft ixrac edib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 2,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Hesabat dövründə Azərbaycandan ixrac edilən neftin ümumi dəyəri $9 milyard 945 milyon 459,3 min (artım 1,6 dəfə) təşkil edib.
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycan 13 milyard 512,8 milyon kubmetr (artım 38,4%) qaz ixrac edib. Hesabat dövründə ixrac edilmiş qazın ümumi dəyəri $2 milyard 498 milyon 404,6 min (azalma 1,4%) təşkil edib.
2020-ci ildə Azərbaycan $8 milyard 520 milyon 478,8 min dəyərində 28 milyon 374,2 min ton neft, $2 milyard 763 milyon 457,9 min dəyərində 13 milyard 839,9 milyon kubmetr qaz ixrac edib.
Hazırda Azərbaycan qazı Türkiyə və Gürcüstana, eləcə də İtaliya, Yunanıstan və Bolqarıstan istehlakçıları üçün Avropaya ixrac edilir.*
N.Abbasova