Ermənistan-Azərbaycan sərhədində gərginlik davam edir. Bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas deyib.
“Ermənistan, Azərbaycan və Rusiya arasında imzalanmış 9 noyabr 2020-ci il tarixli bəyanatda təsbit edilmiş üçtərəfli razılaşmalar Dağlıq Qarabağda qan tökülməsini dayandırmağa imkan verib. Lakin atılan addımlara baxmayaraq, Ermənistan və Azərbaycan tərəfinin təmas xəttində gərginlik qalmaqdadır”, - deyə o, bu gün MDB ölkələri Təhlükəsizlik şuraları katiblərinin müşavirəsində bildirib.*