Kremldə bəyan ediblər ki, Ermənistan-Azərbaycan sərhədində hərbi əməliyyatları RF prezidenti Vladimir Putinin vasitəçilik səyləri sayəsində dayandırmaq mümkün olub, Moskva münaqişə tərəflərini təmkinli olmağa çağırmağa davam edəcək.
“İlk növbədə, prezident Putin fəal səy (atəşkəs üçün - İF) göstərib. Dünən onun Ermənistanın baş naziri ilə söhbəti baş tutub. Rusiya tərəfinin bu vasitəçilik səyləri sayəsində münaqişə tərəflərini təmkinli olmağa çağırmaq mümkün oldu. Rusiya tərəfi bunu etməyə davam edəcək”, - deyə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Kremlin sözçüsü qeyd edib ki, vəziyyəti sabitləşdirməyin yeganə yolu üçtərəfli bəyanatların həyata keçirilməsidir. “Hesab edirik ki, bütün ölkələr ilk növbədə götürdükləri öhdəliklərə əməl etməlidir və bu, belə insidentlərin yenidən baş verməməsinin zəmanəti olacaq”, - deyə o əlavə edib.
Peskov vurğulayıb ki, sərhəddə hərbi əməliyyatların bərpa olması ciddi narahatlığa səbəb olub.*