Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi işıqforların və onlara dair avadanlıqların satın alınmasına 1,3 milyon manatdan artıq vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyinin www.tender.gov.az saytına istinadən verdiyi məlumata görə, “Yol Nişanı” MMC ilə müvafiq müqavilə bağlanıb.
Müqavilənin dəyəri 1 milyon 388,167 min manatdır.*
B.Rüstəmbəyov