Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko ilə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistan-Azərbaycan sərhədinin müəyyən hissələrində vəziyyətin gərginləşməsini müzakirə ediblər.
“Tərəflər baş verən silahlı toqquşmalardan narahatlıq ifadə ediblər. Bakı və İrəvanın təmkin nümayiş etdirməsi, bütün problemlərin siyasi və diplomatik üsullarla həll edilməsinin vacibliyi vurğulanıb”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.*
E.Şəfiyev