2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 47 milyard 259,8 milyon manat təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 2,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Azərbaycanda orta illik inflyasiya 5,7% təşkil edib.
Statistik məlumatlara görə, yanvar-oktyabr aylarında əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 2% - 4 min 718,8 manata qədər artıb.
Yanvar-oktyabr aylarında bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 42 milyard 394,6 milyon manat qalır ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 1,7% çoxdur.
2020-ci ildə əhalinin nominal pul gəlirləri 1,8% azalıb.*
X.Nəsirzadə