Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan sərhədindəki böhranın dərinləşməsindən narahatlıq ifadə edib və tərəfləri danışıqları bərpa etməyə çağırıb.
“Aİ Ermənistan və Azərbaycanı son dərəcə təmkinli olmağa, ərazidəki hərbi qüvvələri geri çəkməyə və imzalanmış 2 üçtərəfli bəyanat çərçivəsində götürülmüş öhdəliklərə hörmət etməyə çağırır. Biz hər iki tərəfi sərhədlərin demarkasiyası da daxil olmaqla, həll edilməmiş məsələlərin hərtərəfli həlli istiqamətində işləmək üçün danışıqları bərpa etməyə çağırırıq”, - deyə Aİ-nin bəyanatında bildirilir.
Aİ gərginliyin aradan qaldırılmasına kömək etmək və sabitliyin və sülhün olduğu təhlükəsiz Cənubi Qafqazın qurulmasına töhfə vermək üçün Ermənistan və Azərbaycanla işləmək öhdəliyinə sadiq olduğunu təsdiqləyib.*