Azərbaycanda koronavirus infeksiyasına 2 min 25 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 565 min 965-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 2 min 15 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər (ötən gün 31 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 7 min 524 nəfərə çatıb.
Virusa yoluxmuş 528 min 105 nəfər (sutka ərzində +2 min 267) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 30 min 336 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 127 (ötən gün 13 min 35 test), hazırkı dövrədək isə ümumilikdə 5 milyon 392281 test aparılıb.*
X.Nəsirzadə