Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin başlamasının və başa çatmasının vacibliyini bəyan edib.
“Hələ may ayında demarkasiya və delimitasiya prosesinin başlaması təklifini imzalamağa hazır olduğumu bildirmişdim. Bu prosesin başlamasını və başa çatmasını çox vacib hesab edirəm. Rusiya üç dəfə delimitasiya və demarkasiya təklifi ilə çıxış edib və biz bu proses üzrə irəliləməyə razılıq vermişik. Hesab edirəm ki, proses Azərbaycan tərəfindən onun ləngidilməsi və ya cavabın olmaması səbəbindən irəliləmir”, - deyə Paşinyan deputatların suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədində vəziyyətin sülh yolu ilə nizamlanması vacibdir.
“Bütün təkliflərimiz, o cümlədən delimitasiya və demarkasiya prosesinin başlamasına dair təklifimiz qüvvədə qalır”, - deyə baş nazir qeyd edib.*