2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana kondisioner idxalı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,6% - 134,1 min ədədə qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri $34 milyon 400,3 min məbləğində (artım 4,2%) qiymətləndirilir.
Yanvar-sentyabr aylarında Azərbaycana $94 milyon 659 min dəyərində (artım 0,1%) 509,4 min ədəd (azalma 0,6%) hesablama maşını, blok və qurğusu idxal olunub.
Bundan başqa, qeyd olunan dövrdə paltaryuyan maşınların idxalı 28,5% - 158,5 min ədədə qədər artıb. İdxalın ümumi dəyəri $34 milyon 596,5 min (artım 45,1%) təşkil edir.*
B.Rüstəmbəyov