Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyasına dair Rusiya Müdafiə Nazirliyindən təklifin daxil olduğunu açıqlayıb.
“Dünən parlamentdə bildirdim ki, 2021-ci ilin may ayından etibarən Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyasına dair Rusiyadan üç təklif daxil olub və hər üç təklif bizim üçün məqbuldur”, - deyə Paşinyan bu gün hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, noyabrın 17-də Rusiya Müdafiə Nazirliyi delimitasiya və demarkasiya prosesinə hazırlıq mərhələsi ilə bağlı təkliflərlə çıxış edib.
“Bu təkliflərin bizim üçün məqbul olduğunu təsdiq edirəm”, - deyə erməni baş nazir qeyd edib.*