Ermənistan silahlı qüvvələri Azərbaycanla dövlət sərhədində təxribatları davam etdirir.
“Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 17-si saat 17:54-dən 22:52-dək Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan kəndləri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutublar”, - deyə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Qarşı tərəf cavab atəşi ilə susdurulub.*
E.Şəfiyev