ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı zamanı İrəvan və Bakını Azərbaycan-Ermənistan sərhədində gərginliyi aradan qaldırmağa çağırıb.
“Mən deeskalasiya prosesinə davam etməyə çağırdım. Minsk qrupunun həmsədrləri və şəxsi nümayəndəmin fəaliyyətinə dəstəyimi bir daha təkrar etdim”, - deyə ATƏT sədri Twitter hesabında yazıb.*
E.Şəfiyev