Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini növbəti dəfə atəşə tutublar.
“Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 18-si saat 14:10-dan etibarən Şəmşəddin rayonunun Çinarlı kəndi istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Koxanəbi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan növbəti dəfə atıcı silahlardan intensiv atəşə tutublar”, - deyə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Cavab atəşi ilə qarşı tərəf susdurulub. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.*
X.Nəsirzadə