Azərbaycanda koronavirus infeksiyasına 2 min 124 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 568 min 89-a çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 2 min 25 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər (ötən gün 22 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 7 min 551 nəfərə çatıb.
Virusa yoluxmuş 530 min 774 nəfər (sutka ərzində +2 min 669) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 29 min 764 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 963 (ötən gün 12 min 127 test), hazırkı dövrədək isə ümumilikdə 5 milyon 405244 test aparılıb.*
E.Şəfiyev