Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas Ermənistan-Azərbaycan sərhədində vəziyyətin sabitləşdirilməsi üçün KTMT mexanizmlərinin işə salınması məsələsini müzakirə ediblər.
Ermənistan XİN-dən bildiriblər ki, tərəflər zərurət olacağı halda Ermənistanın şərqində yaranmış vəziyyətin sabitləşdirilməsi məqsədilə KTMT mexanizmləri çərçivəsində mümkün addımların müvafiq qaydada nəzərdən keçirilməsini müzakirə ediblər.*