2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 959 milyon 658 min sərnişin daşınıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 5,9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 2 milyon 99,3 min nəfər (artım 14,8%), dəniz nəqliyyatı ilə 14,2 min nəfər (azalma 22,8%), hava nəqliyyatı ilə 903,3 min nəfər (artım 68,1%) daşınıb.
Yanvar-oktyabr aylarında avtomobil nəqliyyatı vasitələri ilə 901 milyon 16,1 min sərnişin (azalma 4,5%), avtobuslarla 826 milyon 845,1 min sərnişin (azalma 8,9%), taksilərlə 74 milyon 171 min sərnişin (artım 2,1 dəfə) daşınıb.
Sərnişindaşıma fəaliyyətini 2021-ci il mayın 31-dən bərpa etmiş Bakı Metropolitenində 55 milyon 625,1 min sərnişinə (azalma 25,5%) xidmət göstərilib.
Xəbər verildiyi kimi, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Azərbaycanda aviareyslərin həyata keçirilməsi ilə bağlı müəyyən məhdudiyyətlər qüvvədə qalıb.*
B.Rüstəmbəyov