Ermənistan Müdafiə Nazirliyi noyabrın 16-da Azərbaycanla sərhəddə baş vermiş döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin 6 hərbi qulluqçusunun öldüyünü bildirib.
Nazirlikdən qeyd ediblər ki, noyabrın 16-da baş vermiş döyüşlər zamanı əsir düşmüş hərbçilərin qaytarılması və itkin düşənlərin axtarışı istiqamətində Rusiya tərəfinin vasitəçiliyi və iştirakı ilə intensiv işlər davam etdirilir.*