Dövlət Sərhəd Xidməti (DSX) Şərqi Zəngəzurda İranla sərhədin bərpa olunmuş sahəsində mühəndis çəpərlərinin quraşdırılması barədə məlumat yayıb.
“Göstərilən istiqamətdə dövlət sərhədi boyunca 1230 m məsafədə mühəndis çəpərlərinin quraşdırılması tamamlanıb, 1300 m məsafədə işlər davam etdirilir”, - deyə məlumatda bildirilir.
Noyabr ayının ötən dövrü ərzində DSX-nin mühəndis-istehkam bölmələri tərəfindən Azərbaycan-İran dövlət sərhədinin işğaldan azad olunmuş sahəsinin 25 hektar ərazisi mina və partlamamış hərbi sursatlardan təmizlənib.*
X.Nəsirzadə