Azərbaycan 2021-ci ilin yanvar-sentyabr aylarında 100 milyon 375,681 min ədəd tibbi maska idxal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
İdxal olunan maskaların dəyəri $3 milyon 988,91 min təşkil edib.
İdxalın əsas həcmi Çinin payına düşüb. Bu ölkədən $3 milyon 265,29 min dəyərində 84 milyon 679,4 min ədəd tibbi maska idxal edilib.
Bundan başqa, İordaniyadan Azərbaycana $362,6 min dəyərində 8 milyon 376,5 min ədəd, Türkiyədən $302,68 min dəyərində 6 milyon 442,581 min ədəd, Gürcüstandan $52,98 min dəyərində 550 min ədəd tibbi maska idxal edilib.
Həmçinin Hindistan, Xorvatiya, İspaniya, İsveç, Cənubi Koreya, Polşa və Böyük Britaniyadan da tibbi maska idxalı həyata keçirilib.*
N.Abbasova