Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşünün keçirilməsi mümkünlüyü ilə bağlı Kremlin mövqeyi bundan ibarətdir ki, görüşün baş tutması üçün konsensusa nail olmaq lazımdır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Görüşün baş tutması üçün bütün tərəflərin razılığı olmalıdır”, - deyə o, bu gün Moskvada ATƏT sədri, İsveçin xarici işlər naziri Ann Linde ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.*
E.Şəfiyev