Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan dekabrda Brüsseldə keçiriləcək “Şərq Tərəfdaşlığı” Sammiti çərçivəsində görüşməyə razılıq veriblər. Bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel məlumat verib.
“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışıqlarından sonra dekabrda Brüsseldə keçiriləcək “Şərq Tərəfdaşlığı” Sammiti çərçivəsində görüşün keçirilməsi barədə qərar qəbul edilib”, - deyə Ş.Mişel Twitter hesabında yazıb.*