Azərbaycanda koronavirus infeksiyasına 1 min 763 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 572 min 085-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 2 min 233 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər (ötən gün 28 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 7 min 599 nəfərə çatıb.
Virusa yoluxmuş 535 min 674 nəfər (sutka ərzində +2 min 499) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 28 min 812 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 min 271 (ötən gün 12 min 925 test), hazırkı dövrədək isə ümumilikdə 5 milyon 431 min 440 test aparılıb.*
A.Salayeva