Baş nazirin müavini, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İrana səfər edib. Bu barədə “Fars” agentliyi məlumat yayıb.
Səfər çərçivəsində Ş.Mustafayevin İranın yol və şəhərsalma, neft, xarici işlər nazirləri ilə görüşlər keçirəcəyi gözlənilir. Danışıqlar zamanı iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri müzakirə ediləcək.
Səfər ərəfəsində baş nazirin müavini İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.*
A.Salayeva