Azərbaycan 2020-ci ilin yanvar-sentyabr aylarında $23 milyon 26,32 min dəyərində 44,104 min ton təzə alma ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
2020-ci ilin analoji dövrü ilə müqayisədə alma ixracı miqdar ifadəsində 17,3%, dəyər ifadəsində 45,8% artıb.
İxracın əsas həcmi Rusiyanın payına düşüb. Xüsusilə, 9 ay ərzində RF-yə $22 milyon 324,42 min dəyərində (artım 51,4%) 41,637 min ton təzə alma (artım 19%) ixrac edilib. Ümumilikdə, 2020-ci il ərzində Azərbaycandan alma ixracının 94,4%-i Rusiyanın payına düşüb.
2020-ci ildə Azərbaycan $29 milyon 500,86 min dəyərində 72,087 min ton alma ixrac edib. İxracın əsas həcmi ($27 milyon 704,97 min dəyərində 66,924 min ton) Rusiyanın payına düşüb.**
B.Rüstəmbəyov