Erməni teleqram-kanallarında Rusiyanın “Natsionalnaya oborona” jurnalının baş redaktoru, rusiyalı politoloq, hərbi ekspert İqor Korotçenkonun Facebook səhifəsini bloklamaq məqsədilə “yalan məlumat” və “nifrətin təbliğatı” ilə kütləvi şikayət etmək çağırışları yenidən təkrar yayılır. Səbəb isə həmin səhifədə VMedia Youtube kanalında «Такое не вытворяли даже террористы из ИГИЛ» (“Hətta İŞİD terrorçuları bunu etməyiblər”) adlı film ilə bölüşməsidir.
Filmdə Azərbaycan ərazisində erməni işğalçılarının cinayətləri barədə danışılır. Xüsusilə, qeyd olunur ki, erməni terrorçuları barbarlıq və vəhşilikdə İŞİD terrorçularını belə ötüblər – qəbirləri açaraq məhv ediblər, yəni hətta ölülərlə savaşıblar. Müəlliflər filmdə sual edirlər ki, YUNESCO, dünya ictimaiyyəti və Rusiyanın mədəniyyət xadimlərinin bu cinayətlərə cavab olaraq susqun qalmalarının səbəbi nədir?
Xatırladaq ki, bir neçə gün əvvəl Facebook İqor Korotçenkonun səhifəsini məhz bu səbəbdən “ban” etmişdi. Erməni təbliğatçıları, erməni lobbisinin nümayəndələri Rusiyada, digər ölkələrdə, hətta Ermənistanın özündə belə geniş ictimaiyyətin həqiqəti öyrənib öz hakimiyyətinə, politoloqlara və ictimai xadimlərə münasib olmayan suallar verəcəklərindən çox qorxurlar. **
İnformasiya şöbəsi