Dövlət Vergi Xidmətinin (DVX) Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsi Vahid Avtomatlaşdırılmış Məlumat “Track and Trace” (“Təqib və İzləmə”) Sisteminin qurulması məqsədilə “TT Technologies” MMC-ni cəlb edib.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az saytına istinadən məlumat verir ki, şirkət ilə 78 milyon 664,393 min manat dəyərində müvafiq müqavilə imzalanıb. **
X.Nəsirzadə